Şrift:
UNEP və ÜST planet əhalisinin sağlamlığı üçün birgə mübarizə aparacaq
12.01.2018 [10:30] - Sağlıq
BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri planetin əhalisinin sağlamlığı naminə ekoloji problemlərin mənfi nəticələri ilə birgə mübarizə aparacaqlar.

Bununla bağlı müvafiq saziş Nayrobidə UNEP-in başçısı Erik Solheym və ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus tərəfindən imzalanıb.

Məlumatda bildirilir ki, hər il 12,6 milyon insan məhz ətraf mühitin çirklənməsi səbəbindən həyatını itirir. Tərəflər kimyəvi tullantılar, su və ərzaq məhsulları üzərində nəzarətin əlaqələndirilməsi tədbirlərinin təkmilləşdirilməsi barədə razılığa gəliblər. Planda, həmçinin iqlimə və əhalinin sağlamlığına mənfi təsir göstərən hava çirklənməsinin azaldılması üçün kampaniyada birgə iştirak etmək nəzərdə tutulub.

UNEP və ÜST əvvəllər də müştərək layihələrdə iştirak edib, lakin çərşənbə günü imzalanan saziş son 15 ildə ən əhatəli rəsmi sənəd olmaqla, bu əməkdaşlığın möhkəmlənməsinə imkan verəcək. UNEP və ÜST arasındakı saziş BMT-nin “İqlim dəyişmələri haqqında” Çərçivə Konvensiyasının iştirakçıları konfransının 22-ci sessiyasında qəbul edilən sənədin nəzərdə tutduğu səhiyyə, ətraf mühit və iqlim dəyişmələri üzrə tədbirləri əks etdirir. Konfrans 2016-cı ildə Mərakeşdə keçirilib.
Bu xəbər oxucular tərəfindən 623 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed