Şrift:
Fərəc Quliyev tanınmış millətçi yazarın kitab təqdimatında çıxış etdi (video)
12.01.2018 [13:09] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Yanvarın 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” zalında türkiyəli şair, Türk dünyasının tanınmış ziyalılarından, türkoloq və fikir adamı, Ülküçü hərəkatın və ülküçü millətçi şeirlərin qabaqçıl nümayəndələrindən, “Dədə Qorqud” Vəqfinin başqanı Sərvət Gürcanın müəllifi olduğu və yazıçılar İbrahım İlyaslı, Əfqan Nəsirli və Elvin Rüstəmovun çevirmələri, Elxan Zalın isə redaktorluğu ilə azərbaycan dilində nəşr edilmiş “Sən Eşqsən” kitabının təqdim mərasimi keçirilib.

Tədbirdə tanınmış ziyalılar və alimlər, ictimai-siyasi xadimlər, millət vəkilləri, yazıçı və şairlər, pedaqoqlar, sənət adamları, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabın redaktoru, tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elxan Zal tədbir iştirakçılarına müəllifin həyat və yaradıçılığı barədə məlumat verdikdən sonra, kitabın azərbaycan dilinə uyğunlaşdırılması ideyasının məqsədləri və onun həyata keçirilməsi prosesi barədə danışıb.

Çıxışçılardan Azərbaycan Atatürk Mərkəzinin müdiri, millət vəkili Nizami Cəfərov, Türkiyənin keçmiş turizm naziri İlhan Aküzüm, nasir, dramaturq, filosof Firuz Mustafa, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sərvər Məsum, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, şairlər Zərəngiz Dəmirçi, Güləmail Murad, əməkdar artist Əli Nur və digərləri çıxışlarında müəllif haqqında, onun bu və digər əsərləri haqqında öz təəssüratlarını bölüşdülər və ortaya qoyulmuş işin əhəmiyyətindən danışdılar.

Təqdimata Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də dəvətli idi. Fərəc Quliyev öz çıxışında əvvəlcə Azərbaycan-Türkiyə münasibətləri, bu münasibətlərin Türk Birliyində oynadığı başlıca roldan və bu birliyə yaradılan süni və mənasız maneələrdən danışaraq, bu cür maneələrin aradan qaldırılmasının vacibliyini vurğuladı. Daha sonra millət vəkili müəllifin yaradıçılığının əhəmiyyətindən danışaraq Sərvət Gürcanı Türk Dünyasının sərvəti adlandırdı.

Yekunda müəllif bütün çıxışçılara, o cümlədən Fərəc Quliyevə verilən dəyərə görə təşəkkürünü bildirdi və bu cür münasibətlərdən ruhlandığını bildirdi.

Sonda xatirə şəkli çəkdirildi və Sərvət Gürcan kitablarını öz imzası ilə oxuculara təqdim etdi.

Fərəc Quliyevin həmin tədbirdəki çıxışının videosunu təqdim edirik:




Fərəc Quliyev tanınmış millətçi yazarın kitab təqdimatında çıxış etdi (video)

Fərəc Quliyev tanınmış millətçi yazarın kitab təqdimatında çıxış etdi (video)


Bu xəbər oxucular tərəfindən 276 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed