Şrift:
Türkiyə ordusu son bir ildə zərərsizləşdirdiyi terrorçuların sayını açıqlayıb
13.01.2018 [10:52] - Gündəm, Hərb
Türkiyə Silahlı Qüvvələri son bir il ərzində 7 min 16 terrorçunu zərərsizləşdirib.
"Habertürk" xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, 2017-ci ildə Türkiyə ordusu terrorçu PKK qruplaşmasının 46 aparıcı üzvü daxil olmaqla 3 min 239 üzvünü, İŞİD terror təşkilatının isə 3 min 777 terrorçusunu məhv edib.
Açıqlamaya görə, 2017-ci ildə silahlı qüvvələr terrorçulara qarşı 399 hava əməliyyatı həyata keçirib.
Ötən ildən bu günədək 9 min 236 əməkdaşı Türkiyə Silahlı Qüvvələrindən kənarlaşdırılıb.
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed