Şrift:
Milanda Molla Pənah Vaqifin 300 illiyinə həsr edilmiş kitabın təqdimatı keçiriləcək
13.01.2018 [11:41] - Gündəm, Mədəniyyət
Bu gün Cüzeppe Verdi adına Milan Konservatoriyasında “Azərbaycan mədəniyyəti Milanda” - böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr edilən tədbir keçiriləcək. Mərasimdə Molla Pənah Vaqifin şeirlər toplusu təqdim ediləcək.

İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə reallaşacaq tədbirdə italyan yazıçıları, şairləri, Milan Konservatoriyasının tələbə, professor və yaradıcı heyəti, sənət və iş adamlarının iştirakı gözlənilir.

Molla Pənah Vaqifin kitabını italyan dilinə İtaliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev və Milan Konservatoriyasının idarə heyətinin üzvü, professor Davide Qualtyeri tərcümə edib.

Tədbirdə kitabın təqdimatı ilə yanaşı, Azərbaycanın tarixi və mədəniyyəti haqqında geniş məlumat verilməsi, habelə Azərbaycan milli musiqi və rəqslərindən ibarət kompozisiyanın nümayişi nəzərdə tutulur.

Asiman Əsədov
Bu xəbər oxucular tərəfindən 718 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed