Şrift:
Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub
13.01.2018 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vərziğanın “Mis Süngün” komandasının futzal super liqa yarışlarında çempion olması azərbaycanlıları sevindirib.

Azərbaycan komandası çərşənbə günü Sarinin “Şəhrvənd” komandasını super liqa yarışlarının 26-cı həftəsində (son həftə) Təbrizin Purşərifi stadionunda məğlub etdikdən sonra super liqanın çempionu məlum olub.

Öz rəqibini 4:0 hesabı ilə məğlub edən Azərbaycan komandası 65 xalla (imtiyaz) turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. İsfahanın “Təsisat Dəryayi” və “Geytipəsənd” komandaları isə 56 və 51 xalla turnir cədvəlinin 2 və 3-cü pilləsində yer alıb.

Bu qələbədən böyük sevinc hissi keçirən “Mis Süngün” komandasının tərəfdarları şənlik edib öz sevinclərini paylaşıblar. Mərasimdə Gənclər və İdman naziri və Təbrizin Futbol Federasiyasının rəisi də iştirak edib.

Təbrizdə “Mis Süngün” futzal komandasının qələbəsi qeyd olunub
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed