Şrift:
Fərəc Quliyev Aleksander Şapiro-Sulimanı özünə müşavir təyin edib
15.01.2018 [09:38] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasında yeni təyinat olub. Partiya sədri Fərəc Quliyev müvafiq sərəncamla Azərbaycanlılar Yaxın Şərqdə Konqresinin prezidenti, Dünya Sülh Federasiyasının (Universal Peace Federation, UPF) sülh səfiri, doktor Aleksander Şapiro-Sulimanı beynəlxalq məsələlər üzrə partiya sədrini müşaviri vəzifəsinə təyin edib.

Qeyd edək ki, dünya ictimaiətində ictimai-siyasi fəal kimi tanınmış 54 yaşlı Aleksander Şapiro-Suliman həm də uğurlu diaspor fəalı kimi Azərbaycanın beynəlxalq münasibətlərində aktiv iştirak edir.

Çoxşaxəli beynəlxalq fəaliyyətlə məşğul olan insan hüquqlarının müdafiəsi üzrə komisar Aleksander Şapiro-Suliman İnsan Hüququları Müdafiəsi üzrə Beynəlxalq Komitənin ekspertidir. Eyni zamanda o, Yaxın Şərq Tərəfdaşlığı İnstitunun Qüds üzrə rəhbəri, “NPO Policy Simulation Development” strateji mərkəzinin vitse-prezidentidir.

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 232 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed