Şrift:
Abşeronda minik avtomobili aşıb, ölən və yaralananlar var
15.01.2018 [10:26] - Gündəm, Hadisə
Abşeron rayonunda bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə nəticələnən qəza baş verib.
Hadisə Abşeron rayonunda qeydə alınıb.
Belə ki, Şamaxı rayonundan Bakıya gələn "Vaz" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində Abşeron rayonu ərazisində yol kənarına aşıb. Nəticədə minik maşınında olan sərnişin - 1990-ci il təvəllüdlü Əliyeva Yasəmən Qorxmaz qızı ölüb. 1992-ci il təvəllüdlü Əhmədov Məhəmməd Rəşid oğlu və 1990-ci il təvəllüdlü Səfərov Mərhəmət ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed