Şrift:
Şəhriyar Məmmədyarov şahmat üzrə superturnirin II turunu qələbə ilə başa vurub
15.01.2018 [10:29] - İdman
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində ikinci tura yekun vurulub.
Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov turu qələbə ilə başa vurub.
33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub.
Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. Sabiq və hazırkı dünya çempionları Vişvanatan Anand (Hindistan) və Maqnus Karlsenin (Norveç) də 1,5 xalı var. Turnir cədvəlinə isə 2 xalla Aniş Giri (Hollandiya) başçılıq edir.
Qeyd edək ki, yanvarın 15-də keçiriləcək üçüncü turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.
Bu xəbər oxucular tərəfindən 359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed