Şrift:
"Fidan və Qoğal" uşaq tamaşası
16.01.2018 [09:26] - Gündəm, Afişa, Mədəniyyət
YARAT Freestyle və Bakı Uşaq Teatrı "Fidan və Qoğal" tamaşasını təqdim etdi. Bu artıq Yarat Müasir İncəsənət Mərkəzində ikinci tamaşamızdır. Birinci dəfə dekabr ayında böyüklər üçün “Günahsız Günahkar” tamaşası nümayiş olunub.
“Fidan və Qoğal” tamaşasında dəcəl qızcığaz Fidan nənəsinin ona bişirdiyi Qoğalın başına gələn əhvalatları izləyir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara nəsihətamiz fikirlər aşılanır.
Müəllif Arzu Soltan, quruluşçu rejissor – İntiqam Soltan dır. Tamaşada rolları ifa edirlər: Fidan – Türkan Şahmarlı, Baba – Qurban Əhmədov, Qoğal – Günay Pirizadə, Nazbalınc – Könül Şahbazova, Yorğan – Rəfael Muradxanlı, Dovşan – Ədalət Ağaverdizadə, Ayı – Niyaz Qasımov, Tülkü – Cavanşir Məhərrəmov.
Bakı Uşaq Teatrı olaraq əməkdaşlıq üçün Yarat İncəsənət Mərkəzinə yeni təkliflər təqdim etməyi planlaşdırırıq.

"Fidan və Qoğal" uşaq tamaşası
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed