Şrift:
Karateçilərimiz Xorvatiya Qran-Pri turnirində medallarının sayını səkkizə çatdırıblar
16.01.2018 [10:26] - İdman
Yeniyetmələrin ardından gənclərdən ibarət milli komandamız Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turnirində medallara sahib olub.

AZƏRTAC Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, gənc karateçilərimiz yarışda iki gümüş və üç bürünc medal qazanıblar.

Ülvi Qurbanov (60 kq) və Murad Hacızadə (84 kq-dan yuxarı) nüfuzlu beynəlxalq turnirin ikinci pilləsində yer alıblar. Mədinə Sadıxova (48 kq), Müseib Məmmədov (68 kq) və Elcan Məmmədrzayev (60 kq) isə yarışı üçüncü pillədə başa vurublar.

Məhəmməd Məmmədov (65 kq), Ruslan Əhmədov (75 kq) və Murad Balakişiyev (84 kq) bürünc medal uğrunda görüşdə məğlub olublar. Aytac Əliyeva (55 kq) mübarizəni bürünc mükafatın bir addımlığında dayandırıb.
Bu xəbər oxucular tərəfindən 376 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed