Şrift:
Azərbaycanın Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” əməliyyatına töhfəsi yüksək qiymətləndirilib
16.01.2018 [10:29] - Hərb
Yanvarın 15-də Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov ilə NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı ordu generalı Körtis Skaparroti arasında görüş olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Q.Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları, NATO ilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regiondakı vəziyyət haqqında həmsöhbətinə məlumat verib.

General Skaparroti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. NATO tərəfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-ya 2017-ci il noyabrın 24-də səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, “Qətiyyətli dəstək” əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkür ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu xəbər oxucular tərəfindən 315 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed