Şrift:
Marşrut avtobusları qəza törədib, iki piyada ölüb
19.10.2011 [11:41] - Hadisə
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 18-i saat 06:30 radələrində Azadlıq prospektində qeydə alınıb. Sabirabad rayon sakini Elçin Quliyev idarə etdiyi «Daewoo» markalı 14 saylı xətt avtobusu ilə Bakı şəhər sakini Rizvan Qasımovu vurub. Nəticədə piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Digər hadisə isə paytaxtın S. Axundov küçəsində qeydə alınıb. Abşeron rayon sakini Vasif Məmmədov idarə etdiyi «Daewoo» markalı avtomobillə Bakı şəhər sakini Həsən İbrahimovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 1359 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed