Şrift:
Azərbaycan və Ermənistan yığmaları Avropa çempionatında eyni qrupa düşüb
17.01.2018 [10:52] - İdman
Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.
Almaniyanın Frayzinq şəhərində baş tutan mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.
C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.
B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.
B divizionunda çıxış edəcək U-20 isə Litva, Belçika, Belarus və Makedoniyaya rəqib olub. Bu komandaların yer aldıqları A qrupunun oyunları 13 - 22 iyulda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed