Şrift:
Arkadi Naydiç şahmat festivalının qalibi olub
17.01.2018 [10:59] - İdman
Azərbaycan qrossmeysteri Arkadi Naydiç Nyu-Dehlidə keçirilən ənənəvi şahmat festivalının “A” kateqoriyalı turnirində 10 mümkün xaldan 8,5 xal toplayaraq qalib gəlib.

Nubairşah Mohammad (Hindistan), Adam Xorvat (Macarıstan) və Ziaur Rahman (Banqladeş) ondan yarım xal, on şahmatçı bir xal geri qalıb. Z.Rahman və N.Mohammad əlavə göstəricilərə görə müvafiq olaraq gümüş və bürünc medallara sahib olublar.

Şahmat festivalında 24 ölkədən 233 şahmatçı, o cümlədən 29 qrossmeyster iştirak edib. İsveçrə sistemi üzrə keçirilən turnir 10 turdan ibarət olub.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed