Şrift:
“Qarabağ. Əsrlərin salnaməsi” kitabının təqdimat mərasim keçiriləcək
17.01.2018 [11:03] - Kitab evi
Yanvarın 18-də saat 14:00-da Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Qarabağ. Əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçiriləcək. Kitab Mədəniyyət və Turizm Nazirliyinin, "PAŞA Həyat Sığorta" ASC-nin və "SILK WAY GROUP" Şirkətinin dəstəyi ilə "IRS Publishing House" nəşriyyatında Azərbaycan, ingilis və rus dillərində işıq üzü görüb. Kitabda Qarabağın tarixi - Azıx mağarasında qədim insanların məskunlaşdığı zamanlardan günümüzədək davam edən uzun bir dövr əhatə olunub.

Əsaslı faktlarla zəngin bu nəşrdə oxuculara əsrlər boyu xalqın yaddaşında iz qoymuş şanlı qələbələr, adları dastanlara düşmüş qəhrəmanlarla yanaşı, Qarabağın zəngin irsi, sakinlərinin məişət və həyat tərzi, inanc və adətləri, bayram və ayinləri, musiqiyə sevgisi, incəsənəti, sənətkarlığı təqdim edilmiş, onun Azərbaycana məxsusluğu haqqında geniş məlumat verilmişdir. Kitabda ölkə muzeyləri ilə yanaşı, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılan eksponatların fotolarından da istifadə edilib.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed