Şrift:
Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq
18.01.2018 [10:17] - Xəbərlər, Siyasət
Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
Elmar Məmmədyarov və Edvard Nalbəndyan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edəcəklər.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Əndryü Şxofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü dekabrın 7-də Avstriya paytaxtı Vyanada keçirilib.
Bu xəbər oxucular tərəfindən 323 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed