Şrift:
Azərbaycan əhalisinin sayı açıqlanıb
18.01.2018 [10:25] - Gündəm, Sosial
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin əvvəlindən ölkə əhalisinin sayı 80731 nəfər və ya 0,8 faiz artaraq 2017-ci il dekabr ayının 1-i vəziyyətinə 9890712 nəfərə çatıb.
Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed