Şrift:
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında mühüm qərarlar qəbul edilib
18.01.2018 [10:45] - Gündəm, Siyasət
Türkiyə Milli Təhlükəsizlik Şurasının yanvarın 17-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında mühüm qərarlar qəbul edilib.

İclasın yekununda qəbul edilən bəyannamədə “Suriyanın qərbindən ölkəmiz üçün yaranan təhdidlərin qarşısının alınması istiqamətində lazımi addımların dərhal və qətiyyətlə atılacağı” qeyd olunub.

İclasda Türkiyədə 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq edilən fövqəladə halın müddətinin uzadılmasının vacibliyi bildirilib.

Həmçinin Türkiyənin sərhədləri yaxınlığında yeni bir terror dəhlizinin formalaşdırılmasına və terror ordusunun yaradılmasına icazə verilməyəcəyi, buna qarşı bütün lazımi tədbirlərin görüləcəyi xüsusi vurğulanıb.

Şuranın açıqlamasında sərhədlərlə yanaşı, ölkə vətəndaşlarının və bölgə xalqının təhlükəsizliyin təmin olunması məqsədilə ilk mərhələdə Suriyanın qərbindən Türkiyə üçün yaranan təhdidlərin qarşısının alınması üçün lazımi addımların dərhal və qətiyyətlə atılacağı vurğulanıb.

İclasda ABŞ-ın PKK-nın Suriyadakı qolu - PYD-YPG terror təşkilatına dəstəyi məsələsi də müzakirə edilən əsas məsələlərdən olub və Birləşmiş Ştatların mövqeyinin dərin təəssüf doğurduğu qeyd edilib. Suriyada İŞİD-ə qarşı birbaşa hərbi əməliyyatların başa çatması ilə əlaqədar PYD-YPG terror təşkilatına verilən silah, texnika və s. ləvazimatların toplanılmasının vacibliyi diqqətə çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed