Şrift:
Güneydə üç fəal ictimai qaydanı pozmaq ittihamı ilə mühakimə edilib
18.01.2018 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil sakini olan üç türk fəalın ictimai qaydanı pozmaq ittihamı ilə Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində mühakimə edildiyi bildirilir. Məhkəmə yanvarın 15-də təşkil edilib.

İranda insan haqları pozuntularına dair məlumat yayan HRA agentliyinin xəbərinə görə, fəallar Murtaza Pərvin, Əkbər Cahangiri və Milad Əkbəri keçən iyun ayında Babək Qalasında keçirilən bir mərasimə qatıldıqları səbəbilə mühakimə olunurlar.

İyunun 30-da təqribən 15 milli fəal Babək Qalasında təşkil olunmuş və milli tələblərin gündəmə gətirildiyi bir mərasimə qatıldıqları zaman nəzarət altına alınıb. İştirakçılar həmin günlərdə Tehranın Evin həbsxanasında aclıq aksiyası keçirməkdə olan milli fəal Siyamək Mirzayiyə dəstək məzmunlu plakatlar nümayiş etdirmişdilər.
Həmin olayla bağlı tutulanların bir neçəsi o cümlədən, 11 yaşında olan Mehdi Əkbəri 15 saat polis nəzarətində saxlandıqdan sonra buraxılmış, digərləri isə zəmanət qarşılığında azadlığa buraxılana qədər Ettelaatda sorğu-suala çəkilmişdilər.

Murtaza Pərvin, Əkbər Cahangiri və Milad Əkbəri göstərdikləri mədəni fəaliyyətlər və iştirak etdikləri bəzi tədbirlər ilə bağlı əvvəllər də Əhər, Ərdəbil və Təbriz kimi şəhərlərin məhkəmələrində mühakimə olunublar.
Bu xəbər oxucular tərəfindən 408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed