Şrift:
“Traxtur” növbəti görüşdə “Saypa” ilə qarşılaşacaq
18.01.2018 [10:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandası baş məşqçi Yəhya Gülməhəmmədi olmadan ilk görüşünü keçirəcək.
İran üzrə futbol klublarının super liqa yarışlarının 20-ci həftəsində “Traxtur” Tehranın “Saypa” komandası ilə qarşılaşacaq.
Görüş yanvarın 18-i yerli vaxtla saat 14:30-da Təbrizin səhənd stadionunda baş tutacaq.
“Traxtur”-“Saypa” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.
“Traxtur” builki super liqa yarışlarında gözlənilən kimi çıxış etmədiyi üçün komandaya yeni baş məşqçi gətirilir. Bu barədə Azərbaycan klubunun rəsmiləri ilə türkiyəli məşhur baş məşqçi Mustafa Dənizli arasında müzakirələr aparılıb. Türkiyə mətbuatı artıq M.Dənizlini “Traxtur”un yeni komandası kimi təqdim edir, lakin Təbrizdən bu haqda bəzi ziddiyyətli xəbərlər yayılır. Yeni baş məqçinin kimliyinin yaxın günlərdə rəsmən elan olunacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed