Şrift:
ATƏT-in Minsk qrupunun həmsədrləri fevralda regiona səfər edəcəklər
19.01.2018 [10:21] - Gündəm, Siyasət
ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəklər.
Bunu Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
"Krakovda keçirilən görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb. Bu ideyalar əsasında müzakirələr davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", - deyə o əlavə edib.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed