Şrift:
Qalmaqal: Qarın Türkiyə-Azərbaycan qardaşlığından üstün gəldi
18.06.2012 [13:16] - Hadisə
“Yaxşı Cazibə”nin axırda “maddiyyat dalınca qaçması” hiddət doğurub

Artıq iki ilə yaxındır yayımlanan “Yahşi Cazibe” serialı şənbə günü öz tamaşaçıları ilə vidalaşdı. Serial həm başılanğıcı, həm də sonu ilə Azərbaycanda, eləcə də Türkiyədə bir çoxlarının hiddətinə səbəb oldu.
Gani Müjdenin ssenari müəllifi olduğu və iki ilə yaxındır ki, Türkiyənin ATV kanalında maraqla izlənən “Yahşı Cazibe” serialı hamını şoka salan bir finalla yekunlaşdı.
Türkiyə KİV-də yayılan iddiaya görə, Cazibə rolunun ifaçısı Aslıhan Gürbüz serialın prodüseri ilə müqavilənin müddətini uzatmaq istəməyincə ssenari müəllifləri ondan intiqam almaq istəyib. Beləliklə, mələk ruhlu Azərbaycan türk qızının hekayəsi bir anda dəyişib, kişilərlə maddiyyat üçün ailə həyatı quran bir xanımın hekayəsinə çevrilib.
Qeyd edək ki, Azərbaycanda da kifayət qədər izləyicisi olan bu serialın belə sona çatması azərbaycan türklərinin hiddətinə səbəb olub. Həm Azərbaycanda, həm də Türkiyədə vətəndaşlar sosial şəbəkələrdə bu serialla bağlı öz etirazlarını bildiriblər.
Sosial media istifadəçilərinin Gani Müjdə və onla işləyən komandaya münasibəti belə olub: “Azərbaycan qadınlarında namus üstündür, bəs biz qardaş ölkə idik? Qardaşlığınız da bura qədərmiş. Maddiyyatın başladığı yerdə qardaşlıq arxa planda qalır?
Selçuk Düzgün adlı türk vətəndaşı isə bunu “Türkiyə-Azərbaycan qardaşlığına vəhşi zərbə kimi qiymətləndirir. O, həm telekanalı, həm də serialın müəlliflərini əxlaqsız adlandırıb. S.Düzgün qeyd edib ki, əsl əxlaqsız bu serialların reytinqini yüksəldən bizlərik.
Bu xəbər oxucular tərəfindən 1110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed