Şrift:
Moldova millisinin Azərbaycan yığması ilə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb
19.01.2018 [10:35] - İdman
Futbol üzrə Moldova milli komandasının baş məşqçisi Aleksandr Spiridon Cənubi Koreya və Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq görüşləri üçün heyəti açıqlayıb.
Təcrübəli mütəxəssis 23 futbolçuya dəvət göndərib.
Onların arasında legionerlər, o cümlədən İtaliya "Torino"su ilə müqavilə bağlayan Vitali Damaşkan da var. Bundan başqa, klubsuz futbolçular da yığmaya çağırılıblar.
Qapıçılar: Nikolay Kalança (CSU "Krayova", Rumıniya), Sergey Pașenko ("Şerif"), İlya Çebanu (klubsuz)
Müdafiəçilər: Radu Roqak ("Dinamo", Özbəkistan), Petru Raku, Vyaçeslav Posmak, Artyom Rozqonyuk (hamısı "Şerif"), Dinu Qraur ("Milsami"), Andrey Makritski, Valeri Makritski (hər ikisi "Petrokub"), İon Jardan (klubsuz)
Yarımmüdafiəçilər: Aleksandr Paşenko ("Kızıl-Jar", Qazaxıstan), Aleksandr Antonyuk, Andrey Kojokar, Aleksandr Dedov (hamısı "Milsami"), Maksim Mixalyov ("Zarya" Beltsı), Vadim Pairel ("Şerif"), Sergey Pletike ("Sperantsa"), Dan Taras ("Petrokub"), Danu Spetaru, Vladislav İvanov (hər ikisi klubsuz)
Hücumçular: Vladimir Ambros ("Petrokub"), Vitali Damaşkan ("Torino", İtaliya)
Qeyd edək ki, Moldova Cənubi Koreya ilə yanvarın 27-də, Azərbaycanla isə yanvarın 30-da qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed