Şrift:
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq tədbirləri yekunlaşıb
19.01.2018 [10:50] - Gündəm
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq tədbirləri yekunlaşıb.

Xiyabanın girişində qərənfillərdən kompozisiya qurulub. Kompozisiyanın yaradılmasında Bakı kəndlərindən gətirilən minlərlə güldən istifadə olunub. Qərənfillərdən hazırlanan müxtəlif dekorasiyalar Şəhidlər Xiyabanının girişindən başlayaraq “Əbədi məşəl” abidəsinə qədər davam edir.

Faciə qurbanlarının xatirəsini anmaq üçün Xiyabana ziyarətçi axını artıq başlayıb. Vətənin azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızın məzarlarını ziyarətə ilk gələnlər məktəblilərdir. Ziyarətə gələnlər arasında əcnəbi vətəndaşlar da var.

Qeyd edək ki, faciənin 28-ci ildönümü ilə bağlı tədbirlər planına uyğun olaraq, ictimaiyyətin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətinin təşkili planlaşdırılıb. Sənədə əsasən, həmin gün saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmi, avtomobil və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed