Şrift:
Traktorsazinin yeni məşqçisi Türkiyədən Ertuğrul Sağlam oldu
19.01.2018 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Traktorsazi komandasına yeni bir baş məşqçi gətirmək üçün Türkiyədə müzakirələr aparan klub məsulları Mustafa Dənizli ilə razılaşa bilmədikdən sonra, Beşktaş komandasının sabiq baş məşqçisi Ertuğrul Sağlam ilə razılaşıblar.

Keçən günlərdə Türkiyə qəzetləri və İran xəbər agentlikləri, məşhur baş məşqçi Mustafa Denizlinin Təbrizə gedəcəyinə dair məlumat vermişdilər.

Amma əvvəllər də İranda Tehranın Perspolis komandasının baş məşqçisi olmuş Mustafa Denizli daha sonra Traktorsazi məsulları ilə razılaşa bilmədiyini bildirdi.

Türkiyənin “Milliyet” qəzetinin xəbərinə görə, sabiq milli futbolçu Ertuğrul Sağlam ilə indilik Traktorsaziyə 11 matç rəhbərlik etməsi üçün razılıq əldə edilib.

Ertuğrul Sağlam bu haqda deyib, “uzun müddətli müqavilələr bağlayıb pozulduğunu gördük. Sezon sonuna qədər havanı hazırlayıb, komandanı yuxarı çəkib və daha gözəl şəkildə yola davam etməyin daha faydalı olacağını düşündük.”

Türkiyədə bacarıqlı bir baş məşqçi (teknik direktor) kimi tanınan Sağlam “Təbrizdə yabancılıq çəkməyəcəyini” söyləyib:

“Ciddi anlamda bir Türk əhalisi var. Yabancılıq çəkməyəcəyimi düşünürəm. Adaptasiya olub bir an əvvəl komandanı ayağa qaldırmaq istəyirəm.”

İran Azərbaycanından əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan “Traxtor” komandası davamlı olaraq Türkiyə mediası, o cümlədən Hürriyet, Milliyet və Yeni Şafak kimi əhəmiyyətli qəzetlərin gündəmində olur. Həmin qəzetlər Traktorsazi komandasının “dünyanın ən çox tərəfdarı olan türk komandası” olduğunu önə çəkirlər.
Bu xəbər oxucular tərəfindən 239 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed