Şrift:
“Dövlət büdcəsi Suriya, İraq və Yəmənə gedir, əhali yoxsullaşır”
19.01.2018 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Nazila Nərimanlının sözlərinə görə, “rejimin devrilməsi, iqtisadiyyatın yaxşılaşması, azadlıq və Qərb ölkələri o cümlədən, Amerika ilə əlaqələrin yaxşılaşması” İrandakı son kütləvi etirazlarda səsləndirən ortaq tələblərdir. Türkiyədə mühacirətdə yaşayan güneyli fəal Amerikanın Səsi ilə söhbətdə İran toplumunda müxtəlif ictimai və mədəni siniflərinin üzləşdikləri çətinliklər haqqında danışıb.

Nazila Nərimanlı İran dövlət büdcəsinin böyük bir hissəsinin İslam Respublikasının bölgədəki maraqlarına xərcləndiyinə diqqət çəkir:

“İslam Respublikası öz ekspansionist siyasətləri istiqamətində Suriya, İraq və Yəməndə müharibələrə qatılır. Ölkənin büdcəsinin çoxunu o ölkələrdə xərcləyir. Bu o halda baş verir ki, əhalinin öz ehtiyaclarını satın alma gücü azalmaqda və işsizlik çoxalmaqdadır. Ölkənin böyük bir hissəsi yoxsulluqda yaşayır və əhali mütəmadi olaraq məsulların milyardlıq oğurluq xəbərlərini eşidir.”

O, kütləvi etirazlarda gündəmə gətirilən ortaq tələblər habelə fərqli bölgələrə məxsus tələblər haqqında danışır.

“Ortaq istəkləri danışsaq, etirazçılar bu rejimin devrilməsi, iqtisadiyyatın yaxşılaşması, azadlıq, Qərb ölkələri o cümlədən, Amerika ilə əlaqələrin yaxşılaşmasını istəyirlər. Bir də ki, İran çoxmillətli bir ölkədir və bu millətlərin ayrı tələbləri də vardır. Misal üçün, türk bölgələrini desək, Urmiyə Gölü məsələsi danışılır ki, bu yaşam haqqıdır. Təəssüf ki, bu səs hər zaman qanlı bir şəkildə basdırılıb,” Nərimanlı qeyd edir.

Ailəsi ilə bərabər Türkiyədə mühacirətdə yaşayan Nazila Nərimanlı iqtisadi və siyasi məhdudiyyətlər səbəbilə olan məcburi mühacirətlər haqqında danışıb.
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed