Şrift:
Fərəc Quliyev Özbəkistan Səfirliyinə başsağlığı məktubu ünvanlayıb
19.01.2018 [15:27] - Xəbərlər, Hadisə, Özəl xəbər
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev dünən Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində Özbəkistanın çoxlu sayda vətandaşının faciəvi şəkildə həlak olması ilə əlaqədar Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Şerzod Fayzievə başsağlığı məktubu ünvanlayıb. Məktubda hadisənin Türk dünyasının bir parçası kimi bizim də faciəmiz olduğu bildirilir:
“Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində 52 nəfər Özbəkistan vətandaşının faciəli şəkildə həlak olması xəbəri bizi dərindən kədərləndirdi.
Turan coğrafiyasının hər yerində baş verən olaylar Türk dünyasının bir parçası kimi bizə də aid olduğu üçün, bu hadisə Özbəkistan xalqı qədər bizim də faciəmizdir.
Baş vermiş bu hadisə ilə əlaqədar şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına və Türk millətinə dərin hüznlə başsağlığı verir, faciə qurbanlarına Allahdan rəhmət diləyirəm!
Dərin hüznlə, Fərəc Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri”

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed