Şrift:
Fərəc Quliyev yazıçı Nahid Hacızadənin vəfatı ilə bağlı başsağlığı verib
19.01.2018 [16:07] - Xəbərlər, MDH
Milli dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev yazıçı, ssenarist, kino redaktoru Nahid Hacızadənin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:
“Yazıçı, şair, ssenari müəllifi, kino redaktoru, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nahid Hacızadənın vəfatı bizi dərindən kədərləndirdi.
Nahid Hacızadə ilk əvvəl dəyərli insan və yüksək milli ruha sahib vətənpərvər bir vətəndaş idi. Onun Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verdiyi böyük töhfələr vardır ki, onların arasında da xalqı vətənpərvərliyə, əzəmətə, qələbəyə səsləyən və ruhlandıran çoxsaylı nümunələr var.
Ədəbiyyatda, teatr və kino sənətində, televiziya və radio sahəsində adı böyük hörmətlə çəkilən Nahid Hacızadə bütün çəmiyyətdə öz səmimiyyəti ilə dəyərə sahib bir insan idi. Onun dünyasını dəyişməsi hamımızın, bütövlükdə Azərbaycan xalqının itgisi oldu.
Şəxsim və sədlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından dərin hüznlə mərhum Nahid Hacızadəyə Allahdan rəhmət diləyir, doğma və yaxınlarına, eləcə bütün Azərbaycan xalqına başsağlığı verirəm!”

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed