Şrift:
Küveytdə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib
22.01.2018 [10:22] - Diaspor
Ötən gün 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə Azərbaycanın Küveytdəki səfirliyində anım mərasimi keçirilib.
Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, mərasimdə bu ölkədə yaşayan və işləyən, təhsil alan Azərbaycan vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli KİV nümayəndələri iştirak edib.
Mərasimdə səfir Elxan Qəhrəman çıxış edib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun birbaşa göstərişinə əsasən keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu bildirib.
Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar 1990-cı il faciəsinə həsr edilmiş foto-sərgi təşkil olunub, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilib. Eyni zamanda, Səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.
Göstərilənlərlə yanaşı, Küveytin “Əl-Cəridə” qəzetinin 16 yanvar tarixli buraxılışında “Azərbaycanın Küveytdəki Səfirliyi 20 yanvar faciəsinin 28-ci ildönümünü qeyd edir” və "Əl-Nahar" qəzetinin 19 yanvar tarxli buraxılışında “ Azərbaycan səfirliyi sovet təcavüzü nəticəsində 1990-cı ildə həlak olmuş şəhidlərin xatirəsini andı” başlıqları altında məqalələr dərc edilib.
http://www.aljarida.com/articles/1516105518078375600/
Əl-Nahar
http://www.annaharkw.com/Annahar/Article.aspx?id=781227&searchText=%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86&date=19012018
Əl-Cəridə
Bu xəbər oxucular tərəfindən 611 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed