Şrift:
Azərbaycan Dövlət Filarmoniyasında balaca və istedadlı fortepianoçunun konserti olacaq
22.01.2018 [10:38] - Afişa
Yanvarın 26-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli 11 illik musiqi məktəbinin fortepiano şöbəsinin 4-cü sinif şagirdi, Prezident təqaüdçüsü, beynəlxalq və yerli müsabiqələr laureatı Cəmil Sədizadənin solo konserti keçiriləcək.

Baş İdarədən bildirilib ki, balaca fortepiano ustası Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcək.

Konsertdə F.Şopenin “Fantaziya-Ekspromt”, “Böyük Parlaq Polonez” , L.V.Bethovenin “Rondo- Kapriccio”, Q.Qarayevin “Prelüdlər”, S. Slominskiyin “Zınqırov” əsərləri və digər kompozisiyalar səsləndiriləcək.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed