Şrift:
Səid Mətinpur təknəfərlik kamerada aclıq aksiyası keçirir
18.06.2012 [17:40] - Güney Azərbaycan xəbərləri
Güney azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpur, Fərşad Qurbanpur, Səid Cəlalifər, Cavad Əlixani və Arəş Səqər aclıq aksiyası keçirirlər.

Onlar, Tehranın Evin həbsxanasının 240-cı bölümünün (bənd) təknəfərlik kameralarında aclıq aksiyasi keçirirlər.

Qeyd edək ki, bir neçə gün öncə Evin zindanının xüsusi təhlükəsizlik qüvvələri 350-ci bölümdə mərhum Hoda Sabirin ildönümü münasibəti ilə keçirilən mərasimə hücum edib və yuxarıda adlarını çəkdiyimiz məhbusları təknəfərlik kameralara köçürülüblər.

Məhbuslar isə bu hərəkətinə qarşı aclıq aksiyasına başlayıblar.

Xatırladaq ki, tanınmış Güney azərbaycanlı jurnalist və insan haqları fəalı Səid Mətinpur 2008-ci ildən Evin zindanında saxlanlır. O, 8 il həbsə məhkum edilib.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed