Şrift:
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsi məsələsinə oktyabrın 21-də baxılacaq
19.10.2011 [11:58] - Gündəm
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi məsələsinə təşkilatın Baş Assambleyasının 66-cı sessiyasının oktyabrın 21-də keçiriləcək iclasında baxılacaq.

APA-nın BMT-nin saytına istinadən verdiyi məlumata görə, həmin iclasda Təhlükəsizlik Şurasına ümumilikdə beş dövlət müvəqqəti üzv seçiləcək.

Xatırladaq ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib. Yalnız Ermənistan rəhbərliyi Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyinə qarşı çıxacağını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed