Şrift:
Avropa azərbaycanlıları Almaniya ilə bağlı yeni yol xəritəsi hazırlayıblar
23.01.2018 [10:35] - Diaspor
Avropa azərbaycanlıları Almaniyada yeni layihələrə start vermək üçün müzakirələr aparıblar.
Avropa Azərbaycanlıları Konqresindən (AAK) verilən məlumata görə, bununla bağlı Köln şəhərində görüş keçirilib.
Görüşdə AAK-ın prezidenti, iş adamı Sahil Qasımov, AAK-ın vitse-prezidenti Yaşar Niftəliyev, Benilüks Azərbaycanlıları Konqresinin I vitse-prezidenti Elsevər Məmmədov, Almaniya Vahid Azərbaycan Cəmiyyətinin sədri Elxan Kərimov iştirak ediblər.
Görüşə Köln şəhərində uzun illərdir diaspor fəaliyyəti ilə məşğul olan Ufuk Kəmal da qatılıb. Müzakirələr zamanı Azərbaycan təşkilatlarının Köln şəhərində fəallaşması, intensiv, sağlam mühitin yaradılması üçün qərarlar qəbul edilib. Elxan Kərimov Kölndə silsilə tədbirlərin keçirilməsi, yerli orqanlarla fəal ünsiyyətin qurulması və digər məsələlər barəsində yol xəritəsini açıqlayıb və plan təsdiq olunub.
Görüşün sonunda AAK rəhbərliyi Azərbaycandan Kölnə müalicə məqsədilə gəlmiş beyin xərçəngindən əziyyət çəkən 12 yaşlı Mehparə Xəlilova ilə görüşüb, ona şəfa diləyiblər.
Bu xəbər oxucular tərəfindən 581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed