Şrift:
Zəncanda türk dili və ədəbiyyatı kursları başlayır
23.01.2018 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Zəncan (Zəngan) şəhərində fəaliyyət göstərən “Türk Dil Ocağı” türk dili və ədəbiyyatı üzrə qış kursları təşkil edib.

Bir neçə ildir ki, “İşraq” və “Qızıl özən” ədəbi dərnəklərinin əməkdaşlığı ilə müxtəlif fəsllərdə türk dili və ədəbiyyatı kursları keçirilir.

Bu barədə “İşraq” ədəbi dərnəyinin rəisi Əli Əsğər Ocaqlu bu gün “Fars” xəbər agentliyinin müxbiri ilə danışıqda məlumat verib.

“Dil bilgisi, “Zəngin yaz” (hikayə nəzəriyyəsi), mətn oxunuşu, ədəbi tənqid, şeir, romanların tənqid və təhlili siniflərindən ibarət olan layihənin növbəti mərhələsinə yanvarın 23-dən başlanılacaq. Zəncan şəhərinin İmam Mədəniyyət Evinin şeir otağında təşkil olunacaq siniflər bütün əhaliyə açıq və pulsuzdur”- deyə Əli Əsğər Ocaqlu bildirib.

Siniflər axşam növbəsində yerli vaxtla saat 16:00 və 17:00-da təşkil olunacaq.

Həmid Bayat, Əli Əsğər Ocaqlu və Bəhiyyə Kərimi kursların müəllimləri olaraq fəaliyyət göstərəcəklər.

Zəncan Əyaləti Güney Azərbaycanın önəmli mədəniyyət mərkəzlərindən bidir. Fars şovinizminin asimilasyon siyasətinin hədəfində olan Zəncan Əyalətində türk dili və ədəbiyyatı və milli kimliyimizə böyük maraq var. Azərbaycan Milli Hərəkatının çox sayda tanınmış fəalı məhz bu Əyalətdəndir.

N.S
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed