Şrift:
Türkiyənin baş naziri terror hücumları ilə əlaqədar Qazaxıstana səfərini təxirə salıb
19.10.2011 [12:00] - Köşə yazarları
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan terror hücumları ilə əlaqədar Qazaxıstana səfərini təxirə salıb.

R. T. Ərdoğan türkdilli ölkələrin dövlət başçılarının Qazaxıstanın Almatı şəhərində keçiriləcək zirvə görüşünə qatılmayacaq. Türkiyəni kimin təmsil edəcəyi hələlik açıqlanmayıb.

Xatırladaq ki, oktyabrın 18-də axşam və ayın 19-na keçən gecə Türkiyənin cənub şərqindəki Bitlis və Hakkari rayonları ərazisində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə hücumları nəticəsində 5 polis və 24 hərbçi şəhid olub.
Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed