Şrift:
Güney azərbaycanlı məktəblilər türk dilində hikayələr yazıblar – Xosrovşahda
24.01.2018 [11:03] - Güney Azərbaycan xəbərləri
Son illərdə Güney Azərbaycanda milli şüurun özünüdərk nümunəsi kimi müxtəlif faktlara rast gəlinir.

Şərqi Azərbaycan Əyaləti Xosrovşah şəhərininin məktəblərinin birində azərbaycanlı uşaqların ana dilinə olan dərin məhəbbəti yazdıqları hikayələrdə əks olunub.

Məlumata görə, müəllimlərdən biri məktəblilərdən sevdikləri mövzu haqda, istədikləri dildə hikayə yazmalarını tələb edib. Onlardan həmçinin istənilib ki, hikayələrin yazıldığı səhifədə ona uyğun şəkillər də əks olunsun.

Nəticə gözlənilən kimi olub. Sinif uşaqları heç tərəddüd etmədən türk dilində, doğma kimlik və adət-ənənələrinə uyğun olaraq hikayələr yazıblar.

Məktəblilərin yazdığı hikayələr müəllim tərəfindən yüksək qiymətləndirilib. Bu göstərir ki, uşaq ana dilində daha istedadlı və bacarıqlı olurlar.

Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü ana dilində yazıb-oxumaq hüququndan məhrumdur. Təhsilə başlayan uşaqlar məktəbə qədəm qoyduqları gündən, fars dilində və plan əsasında hazırlanmış dəsrliklər vasitəsi ilə asimilasyon siyasətinə məruz qalır.

Milyonlarla azərbaycanlı uzun illərdir ana dildə təhsil hüququ tələb edir, lakin bu zəmində hərhansı irəlləyiş yoxdur, rejim ictimai tələbi gözardı edərək öz irqçi siyasətini davam etdirir.
Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed