Şrift:
Qubad İbadoğlu: "Ölkədəki iqtisadi artımdan ən çox bəhrələnənlər gəlirləri ən yüksək olanlardır"
20.06.2012 [12:05] - İqtisadiyyat
Dövlət Statistika Komitəsinin açıqlamasına görə ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi 13,1% artaraq 1 352,2 manat olub. Nəzərə alsaq ki, Statistika Komitəsi daima reallığın əksinə olaraq kağız üzərində yazılanlara əsasən hesabat hazırlayır. Belə olan halda komitənin adambaşına düşən gəlirlərlə bağlı açıqladığı hesabat nə dərəcədə reallığı əks etdirir?

Mövzu ilə bağlı açıqlama verən İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirdi ki, Statistika Komitəsinin açıqladığı hesabat reallığı əksə etdirmir. Göstəricilərin orta səviyyəni xarakterizə etdiyinə vurğulayan ekspert, “bir nəfər gündə bir toyuq yediyi halda qonşusu ac yatırsa, Statistika Komitəsi bunu iki qonşu arasında yarı bölüb hesablayır”,-deyə bildirdi: “Bu onu göstərir ki, ölkədəki iqtisadi artımdan tventil qrupları ən çox yararlanırlar. İqtisadi artımdan ən çox bəhrələnənlər gəlirləri ən yüksək olanlardır.”
Qubad bəy onu da qeyd etdi ki, ölkədə sosial bərabərsizlik əmsalı kifayət qədər yüksəkdir: “Yaxşı olardı ki, Statistika Komitəsi sosial bərabərsizliyə aid göstəriciləri hesablayardı. Eyni zamanda komitənin həyata keçirdiyi hesabatlar rəsmi statistik əsasında hazırlanır. Statistikada əhalinin əsasən əmək haqqından gələn gəlirləri və yalnız qeydiyyata düşən ÜDM öz əksini tapır. Lakin gizli iqtisadiyyatda olan gizli məşğulluq, korrupsiya və ya qeyri-rəsmi ödənişlərdən əldə edilən gəlirlər barədə hər hansı bir məlumat yoxdur.”

Xəyal Şükür
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed