Şrift:
Azərbaycanlı gənclər üçün Macarıstanda yeni təqaüd proqramı elan edilib
25.01.2018 [10:55] - Gənclik
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə azərbaycanlı gənclər üçün 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir.

Təhsil Nazirliyindən bildiriblər ki, təqaüd proqramı kənd təsərrüfatı sahəsində magistratura səviyyəsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub.

İngilis dilində aparılacaq proqrama əsasən, heyvandarlıq, su resurslarının idarə olunması, ətraf mühit mühəndisliyi ixtisasları üzrə təhsil almaq mümkündür.

Təhsil haqqı, yaşayış və tibbi sığorta Macarıstan tərəfindən ödənilir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri fevralın 28-dək REU-Scholarhip@fao.org elektron poçt ünvanına göndərə bilərlər.
Bu xəbər oxucular tərəfindən 681 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed