Şrift:
Avropa Məhkəməsi ötən il üçün Azərbaycanla bağlı statistikanı açıqlayıb
26.01.2018 [10:35] - Hüquq
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ötən il Azərbaycanla bağlı 97 qərar qəbul edib.
Bu barədə AİHM-ın “2017-ci il ərzində fəaliyyətin icmalı” illik hesabatında bildirilir.
İcmalda yer alan məlumata əsasən, ötən il ərzində AİHM-ə Azərbaycan üzrə 679 ərizə təqdim olunub. Onların 210-u qəbul olunmayıb, 97-si üzrə qərar çıxarılıb.
2016-cı illə müqayisədə Azərbaycan üzrə AİHM-ə müraciətlərin sayı çoxalıb. Müqayisə üçün bildirək ki, 2016-cı ildə AİHM-ə Azərbaycan üzrə 331 ərizə təqdim edilib, onların 136-sı qəbul olunmamış, 50-si üzrə isə qərar çıxarılıb.
2017-ci ildə 168 iş Azərbaycan hökuməti ilə kommunikasiya mərhələsində olub.
Qeyd edək ki, Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına 2001-ci ilin yanvarında qoşulub. İlk iş 2006-cı ildə qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed