Şrift:
XİN: Amneziyadan əziyyət çəkən Ermənistan rəhbərliyinə Serj Sarkisyanın Tomas de Vala verdiyi açıqlamasını xatırlatmaq istərdik
26.01.2018 [10:37] - Xəbərlər, Siyasət
"Ermənistan rəhbərliyi və Ermənistan Xarici İşlər Nazirliyinin instutisonal yaddaş pozğunluğu və ya amneziyadan əziyyət çəkdiyini nəzərə alaraq, onlara Ermənistanın o zaman müdafiə naziri və hazırda prezidenti olan Serj Sarkisyanın Böyük Britaniyadan olan jurnalist Tomas de Vala açıqlamasını xatırlatmaq istərdik".
Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi vurğulayıb ki, Tomas De Valın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və müharibədən” adlı kitabın 172-ci səhifəsində Serj Sarkisyanın dedikləri istinad kimi yazılıb. “Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu streotipi sındıra bildik” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), p. 172)).
Tomas de Val açıqlamasında bu müsahibənin səs yazısına da malik olduğunu bildirib.
(Armenia’s then-Defense Minister and current President, Serzh Sargsyan, was quoted by the British journalist Thomas de Waal, as saying, “efore Khojali, the Azerbaijanis thought that ... the Armenians were people who could not raise their hand against the civilian population. We were able to break that [stereotype]” )
Ermənistanın milli qəhrəmanı terrorçu Monte Melkonyanın qardaşı Markar Melkonyan “Mənim qardaşımın yolu” kitabında 213-214-cü səhifələrində Xocalı soyqırımını törədənlərdən biri olan Monte Melkonyana istinadən yazır: “Xocalının bir sıra sakinləri, təqribən, altı mil məsafə qət edərək təhlükəsiz əraziyə çıxsalar da erməni əsgərlər onların arxasında gedirdilər. Sonra əsgərlər xəncərlərini çıxararaq bıçaqla zərbələr endirməyə başladılar”. ((My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), pp. 213-214).)
(Author Markar Melkonian would later describe in his book how some residents of Khojaly had nearly reached safety after fleeing almost six miles but “[Armenian] soldiers chased them down”. The soldiers, he continues, “then unsheathed the knives they had carried on their hips for so long, and began stabbing” (My Brother’s Road: An American’s Fateful Journey to Armenia (London and New York, I. B. Tauris, 2005), pp. 213-214).)
Müasir beynəlxalq hüquqa uyğun olaraq, insanlıq əleyhinə cinayət və soyqırımı əməli olan Xocalı faciəsinin törədilməsinə görə Ermənistan Respublikası ilə bərabər, Ermənistanın hərbi-siyasi rəhbərliyində olan şəxslər də cinayət məsuliyyəti daşıyırlar.
Ermənistanın hərbi-siyasi rəhbərliyi istintaqa ifadə verməyə özündə cəsarət taparsa və Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq tribunal təşkil olunarsa, Azərbaycanın prokurorluq orqanları tərəfindən aparılan istintaq işi çərçivəsində Xocalı faciəsinə görə onların cinayət məsuliyyətini sübut edən daha təfərrüatlı faktlar, o cümlədən şahid ifadələri, məhkəmə ekspertiza rəyləri təqdim oluna bilər".
Bu xəbər oxucular tərəfindən 317 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed