Şrift:
Həftəsonu Gənc Tamaşaçılar Teatrında 14 tamaşa nümayiş olunacaq
26.01.2018 [10:42] - Afişa
Həftəsonu Gənc Tamaşaçılar Teatrında 14 tamaşa nümayiş olunacaq.
Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Teatrda yanvarın 26-sı saat 14:00 və 16:00-da A.Şaiq və S.S.Axundovun “Qaraca qız”, yanvarın 27-də saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, yanvarın 28-də saat 12:00 və 14:00-da H.X.Andersenin “Çirkin ördək balası”, yanvarın 29-da saat 12:00 və 15:00-da ərəb xalq nağılı “Ələddinin sehirli çırağı”, yanvarın 30-da saat 14:00-da M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah”, yanvarın 31-də saat 14:00-da isə V.Siqayevin “Ağ ölüm” tamaşası nümayiş olunacaq.
Teatrda yanvarın 25-də türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar”, yanvarın 27-də M.Füzulinin “Leyli və Məcnun”, yanvarın 28-də Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları səhnəyə qoyulacaq. Axşam tamaşaları saat 19:00-da nümayiş olunacaq.
Tamaşalarda rolları xalq artistləri - Nurəddin Mehdixanlı, Həmidə Ömərova, teatrın istedadlı aktyorları, əməkdar artistlər - Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar - Manaf Dadaşov, Günel Məmmədova, Ramiq Nəsirov, İlham Əsədov, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Elşən Hacıbabayev, Anar Seyfullayev, Elnur Hüseynov, Müşfiq Əliyev, Aygün Fətullayeva, Xəyalə Meydanova və başqaları ifa edəcəklər.
Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və "ASAN xidmət" mərkəzlərindən və filiallarından əldə edə bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed