Şrift:
“Gənclər paytaxtı” uğrunda səsvermədə Azərbaycanın 23 rayon və şəhəri iştirak edəcək
26.01.2018 [11:12] - Gənclik
Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədilə 2012-ci ildən başlayaraq hər il həyata keçirilən “Gənclər paytaxtı” layihəsi altı il ərzində üç milyondan çox iştirakçı səsi toplayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Gənclər paytaxtı” internet səsverməsi nəticəsində Gəncə (2012-ci il), Biləsuvar (2013-cü il), Quba (2014-cü il), İsmayıllı (2015-ci il), Şəmkir (2016-cı il), Balakən (2017-ci il) “Gənclər paytaxtı” adına layiq görülüb.

Bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə keçiriləcək. Onlayn səsvermə 2018-ci il yanvarın 25-dən 31-dək olacaq.

2018-ci ildə səsvermədə Azərbaycanın 23 rayon və şəhəri iştirak edəcək.

“Gənclər paytaxtı” bir il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir. Həmçinin gənclərin intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək olur.

Ətraflı məlumatıhttp://www.genclerpaytaxti.az/ saytından əldə etmək mümkündür.
Bu xəbər oxucular tərəfindən 262 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed