Şrift:
Gənclər günü Filarmoniyada
26.01.2018 [11:17] - Gənclik
Fevralın 1-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gənclər gününə həsr edilmiş tədbir keçiriləcək.

Filarmoniyadan bildirilib ki, tədbir Filarmoniya və Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının təşəbbüsü ilə reallaşacaq.

Tədbir çərçivəsində konsert proqramı da təşkil olunacaq.

Konsertdə Azərbaycan Xalq Artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.

Konsertdə məşhur kinofilmlərdən saundtreklər səslənəcək.
Bu xəbər oxucular tərəfindən 795 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed