Şrift:
Rusiya Yəhudi Konqresinin prezidenti: "Postsovet məkanında ən yüksək antisemitizm səviyyəsi Ermənistandadır"
27.01.2018 [10:47] - Xəbərlər, Siyasət
Ermənistanda antisemitizm hökumətin millətçilik siyasəti ilə bağlıdır.

Davam.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Rusiya Yəhudi Konqresinin (RYK) prezidenti Yuri Kanner Holokost qurbanlarının anım gününə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Antidefamasiya Liqasının (ADL) son araşdırmalarında postsovet məkanında ən yüksək antisemitizm səviyyəsinin (60%-dən çox) Ermənistanda mövcud olduğu müəyyən olunub: "Müqayisə üçün qeyd edim ki, Azərbaycanda və Gürcüstanda bu göstərici dünya üzrə orta göstərici səviyyəsindədir".

O, Ermənistan, Ukrayna və Baltikyanı ölkələrdə antisemitizmin yüksək səviyyəsini həmin dövlətlərin hökumətlərinin millətçilik siyasəti ilə əlaqələdirib.

Onun sözlərinə görə, Rusiyada antisemitizmin aşağı səviyyədə (24%) olması sayı 200 milyon nəfərdən çox olan rusiya müsəlmanlarının yəhudilərə xoş münasibəti ilə bağlıdır.

RYK prezidenti qeyd edib ki, daha çox sayda və daha fəal yəhudi diasporları Rusiyanın ənənəvi müsəlman bölgələrində - Kazanda və Ufada fəaliyyət göstərirlər.

Qeyd edək ki, 27 yanvar tarixi BMT tərəfindən Holokost qurbanlarının Beynəlxalq Anma Günü kimi müəyyən edilib. II Dünya müharibəsi dövründə nasist düşərgələrində 6 milyon yəhudi, başqa sözlə, Avropadakı bütün yəhudilərin yarısı qədəri öldürülüb.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed