Şrift:
Güney Azərbaycanlı fəal Behnam Şeyxi 6 ay həbs cəzasına məhkum edilib
20.06.2012 [15:23] - Güney Azərbaycan xəbərləri
Mayın 18-i Təbrizin inqilab məhkəməsinin 1-ci şöbəsində hakim Həmlbərin sədrliyi ilə məhkəmə iclası keçirilib.
Sistemin əleyhinə təbliğ və hökumətə qarşı birləşmək və sözləşmək ittihamı ilə mühakimə olunan Behnam Şeyxi 2-ci ittihamdan bəraət qazanıb, lakin 1-ci ittihama görə 6 ay həbsə məhkum edilib.
Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal keçən il Urmiya Gölü ilə bağlı keçirilən kütləvi etirazlar ərəfəsində (2011-ci il oktyabrın 12-i , 1390-cı il mehrin 20-i), Tehranda öz şəxsi evində həbs olunub və 25 gün Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasında saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 1166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed