Şrift:
Azərbaycanlılar Danimarkada “Zeytun budağı” əməliyyatına dəstək verdilər
27.01.2018 [11:13] - Türk dünyası-Turan, Diaspor
Avropa Türk Dərnəkləri Təşkilatının təşəbbüsü ilə Danimarkada Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” adlı antiterror əməliyyatlarına dəstək aksiyası keçirilib.



Davam.az bildirir ki, bu barədə Modern.az saytına Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətindən məlumat verilib. Bildirilib ki, Kopenhagendə keçirilən aksiya çərçivəsində Türkiyənin haqlı mövqeyi danimarkalılar və bu ölkəyə səfər edən qonaqlara çatdırılıb. 100-ə yaxın iştirakçının olduğu aksiyada İzmir marşı, Mehtər marşları və "Çırpınırdı Qara dəniz" mahnıları ifa edilib.



Qeyd edək ki, aksiyaya "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi ilə yanaşı, Danimarkadakı Türkmən Dərnəklərinin rəhbəri Sadullah Hamid də qatılıb.
Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed