Şrift:
Urmiyədə şiddətli böyrək ağrısından xəstəxanaya üz tutan işçi uşaq içəri buraxılmayıb (video)
27.01.2018 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az GünAz TV-yə istinadən xəbər verir ki, bu televiziyanın mətbuat mərkəzinə İranın rəsmi orqanlarında kimsəsiz yoxsul uşaqlara acınacaqlı münasibəti əks etdirən video göndərilib.



Videonun Urmiyənin “Seyid-ol Şohəda” xəstəxanasına aid olduğu bildirilir.



Məlumata görə, yoxsulluqdan küçələrdə səyyar satıcı kimi işləyən bir azyaşlı uşaq şiddətli böyrək ağrısından əlindəki karton qutusu ilə xəstəxanaya gedib, lakin xəstəxananın qapısı onun üzünə açılmayıb. Qapıda dayanan nəzarətçilər uşağın pulu olmadığı üçün onu içəri buraxmayıb, o xəstə vəziyyətdə qapının önündə oturub.



Bu acınacaqlı vəziyyəti görən bir çox sosial şəbəkə istifadəçiləri yerli Urmiyə əhalisini həmin uşağı tapmağa, ona yardım göstərməyə çağırıblar.



İranda, xüsusi ilə də mərkəzdən uzaq şəhərlərdə iqtisadi vəziyyətin günü-gündən gərginləşməsi nəticəsində ailələr övladlarını oxutdura bilmir, uşaqların əksəriyyəti kiçik yaşlarında az məbləğ qarşılığında ağır işlərə cəlb olunur. Onların bəziləri iş yerində baş verən müxtəlif hadisələrdən həlak olur vəya uşaq yaşlarında ömürlük şikəst olurlar.

Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed