Şrift:
“Gəncliyin səsi” festivalı keçiriləcək
29.01.2018 [10:43] - Gənclik
Fevralın 2-6-da Bakıda ənənəvi "Gəncliyin səsi" festivalı keçiriləcək.

Azərbaycan Respublikası Prezidentinin "2 fevral - Gənclər günü kimi qeyd olunması haqqında" Sərəncamına, habelə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır.

"Gəncliyin səsi" festivalının "ASAN Könüllüləri" Təşkilatı ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır. Festivalın açılış mərasimində istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed