Şrift:
Bu şirkət türklərin işə qəbulunda irqçi şərt irəli sürüb – Təbrizdə
29.01.2018 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə xidmət sahəsində fəaliyyət göstərən bir şirkət işçi qəbulu üzrə elanında türkləri qəzəbləndirən şərt irəli sürüb.

“Asman qostər” şirkətinin yaydığı elanda fars dilində ləhcəsi olmayan təbrizlilər işə dəvət edilib.

İşə qəbul üçün ləhcəsiz farsca danışmaq şərti sosial şəbəkələrdə geniş reaksiyaya səbəb olub.

Bu şərt qeyri-fars millətlərinə mənsub olan şəxslərin işə götürülməsini təxminən mümkünsüz edir. Ona görə ki, hər kəs ana dilindən başqa bir dildə danışanda müəyyən qədər ləhcəsi olur. İranda qeyri-fars millətlərinə qarşı belə yanaşma hər zaman olub, bu proses rejim tərəfindən də dəstəklənir.

Bundan öncə İranın Təhsil Nazirliyi də müəllimlərin işə götürülməsi üçün fars dilində ləhcəsiz danışmağı şərt kimi irəli sürmüşdür. Buna etiraz olaraq insan haqları müdafiəçiləri və azərbaycanlı milli-mədəni fəallar “Mənim ləhcəm var” kampaniyası keçirdilər.
Bu xəbər oxucular tərəfindən 379 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed