Şrift:
M.Ə.Rəsulzadə həyatının son anlarında
21.06.2012 [00:48] - Türk dünyası-Turan
Ankara...Universitet klinikası.Məhəmmədəmin xəstə yatagındadır.

Azərbaycanın gələcək cəngavər nəsilləri! Əgər siz günlərin bir günündə şəhidlərin qəbiristanlıq yerindən yüksələn qəsbkar abidəsini yerə endirsəniz, Bakının küçə və meydanlarını millət düşmənlərinin heykəllərindən təmizləsəniz...yox,yox,mənə heykəl yapmıyın. Novxanıya gedin...tabutunu oğul kimi çiynində apara bilmədiyim, məzarını görmədiyim atam Axund Ələkbərin ruhunu şad eləyin. Onda mənim sümüklərim də qürbətdə sızıldamaz...
...Yox, əgər yenə haqqı nahaqq tapdasa, xalq milli hissi ölmüş kütlə kimi qalmış olsa...onda yenə də Novxanıya gedin. Fəqət bu dəfə bütün bağlardakı meyvə ağaclarının quru budaqlarını toplayıb nəhəng bir tonqal qalayın... Sonra da Türkiyəyə gəlin... Sonra da torpağın altından mənim Azərbaycan torpağına dönmək vüsalımdakı sümüklərimi çıxarın...
Sonra da geri çevrilib çarpayıda əyləşir, bədəninə sarınmış bayrağı açır... sümüklərimi, bax bu bayrağa bükün. Sonra da aparın Novxanıda qaladığınız o nəhəng tonqala atın. Yansın, külü çıxsın. Sonra da o külü dəniz qırağına aparın və Xəzərə səpələyin ki, bir dalğada ürəyimin çırpıntısı yaşasın və sahilə gələnlər qulaq versinlər: A-zər-bay-can...A-zər-bay-can...A-zər-bay-can...
...və çarpayıda canını tapşırır.
Bu xəbər oxucular tərəfindən 1384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed